Prezident `Sovetski`yə pul ayırdı - Tikintiyə start verilir


22:41     04 Avqust 2016 6745da1b098b3be9dbf7f584fa6adb92.JPG

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində ("Sovetski") Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın president.az-a istinadən məlumatına görə, Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1933